Digər

Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda rəsmi qəbul: Nələr müzakirə edildi? - FOTO

29 Aug 2026, 00:36 4 baxış
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda rəsmi qəbul: Nələr müzakirə edildi? - FOTO
Avqustun 28-də Müdafiə Nazirliyinin rəhbərliyi 30 Avqust - Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunan rəsmi qəbulda iştirak edib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub. B.Akgün çıxışında türk xalqı və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi qələbə qazanaraq Türkiyənin müstəqilliyi uğrunda apardığı mübarizəni uğurla başa çatdırdığını bildirib. Səfir dövlət başçılarının uğurlu siyasi fəaliyyətləri nəticəsində regionda sülhün təmin olunmasına yönəlmiş son addımları yüksək qiymətləndirib, Cənubi Qafqazda davamlı sülh və rifahın təmin olunması üçün tarixi imkan yarandığını qeyd edib. Türkiyənin Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyini və sülhün, sabitliyin təmin olunması üçün fəal mövqe göstərəcəyini ifadə edib. B.Akgün çıxışında ölkəmizin Vətən müharibəsində qazandığı qələbənin Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində əldə edildiyini qeyd edərək, bu qələbənin qazanılmasında əməyi olanların daim hörmət və ehtiramla yad edilməsinin vacibliyini bildirib. Daha sonra çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər bayramı və Türk Silahlı Qüvvələr Gününün 104-cü il dönümü münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, əmin-amanlıq, firavanlıq və rifah arzulayıb. Z.Həsənov Türkiyənin Qurtuluş savaşında əldə etdiyi Zəfərin qardaş ölkənin tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bizə miras qoyduğu "Bir millət, iki dövlət" və Azərbaycanı çox sevən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipləri ilə hər ötən gün daha da möhkəmlənir. Nazir Azərbaycan və Türkiyə dövlət başçılarının arasında olan səmimi münasibətlərin sayəsində bu əlaqələrin daha da inkişaf etdiyini, məhz elə bu prinsipləri rəhbər tutaraq, ölkələrimizin həmişə olduğu kimi həlledici anlarda da bir-birinin yanında olduğuna diqqət çəkib. General-polkovnik Z.Həsənov regional sülh və təhlükəsizliyin mühüm sütunlarından olan Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığının dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini ifadə edib. Müdafiə naziri hazırda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun qurulması istiqamətində hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə islahatlar aparıldığından danışıb. Keçirilən islahatlar çərçivədə döyüş hazırlığı sahəsində həyata keçirilən fəaliyyətlərin dinamikasının gündən-günə artırıldığını, hər il həm Azərbaycanda, həm də Türkiyədə ordularımızın peşəkarlığının artırılması, qarşılıqlı uzlaşmanın əldə edilməsi, eləcə də dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, müxtəlif qoşun növlərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirildiyini bildirib. Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
{{gallery}}
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda rəsmi qəbul: Nələr müzakirə edildi? - FOTO Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda rəsmi qəbul: Nələr müzakirə edildi? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər