İdman

"Bavariya" "Ştutqart"ı darmadağın etdi

29 Aug 2026, 01:46 4 baxış
"Bavariya" "Ştutqart"ı darmadağın etdi

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2026-2027-ci il mövsümünə “Bavariya” – “Ştutqart” matçı ilə start verilib.


Axar.az xəbər verir ki, Münhen təmsilçisi çempionata böyükhesablı qələbə ilə başlayıb – 5:1. Oyunda hesabı “Bavariya”nın fransalı müdafiəçisi Dayo Upamekano açıb - 1:0. Qarşılaşmanın 52-ci dəqiqəsində isə “Ştutqart” müdafiəçi Yoşa Vaqnomanın qolu ilə hesabı bərabərləşdirib – 1:1. Lakin Ştutqart təmsilçisinin sevinci uzun sürməyib. Bu qoldan üç dəqiqə sonra Mişel Olise “Bavariya”nı hesabda yenidən irəli çıxarıb - 2:1. Görüşün 58-ci dəqiqəsində Y.Vaqnoman avtoqola imza ataraq hesab arasındakı fərqin daha da artmasına səbəb olub. Matçın 82-ci dəqiqəsində Aleksandar Pavloviç münxenlilərin dördüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Luis Dias qoyub - 5:1.


Çempionatın birinci turunun digər görüşləri avqustun 29-da və 30-da keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər