Digər

Çində keçmiş məmur ölüm cəzasına məhkum edildi

29 Aug 2026, 00:58 3 baxış
Çində keçmiş məmur ölüm cəzasına məhkum edildi

Çində məhkəmə Kommunist Partiyasının Hubey əyalət komitəsinin keçmiş katibi Tsyan Çaolyanı 746 milyon yuan (təxminən 178,7 milyon manat) məbləğində rüşvət almaqda təqsirli bilərək ölüm cəzasına məhkum edib.


Axar.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Nankin şəhər məhkəməsinin qərarında bildirilib.


Bildirilib ki, məmur istintaqla əməkdaşlıq etdiyindən ona daha yüngül cəza təyin oluna bilər.


Çin qanunvericiliyində müəyyən edilmiş şərtlərə əməl olunacağı təqdirdə, ölüm hökmünün formal olaraq iki il təxirə salınmasından sonra bu cəza ömürlük həbslə əvəz olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər