Dünya
Xamenei ABŞ təzyiqləri fonunda İran xalqına səsləndi
"İran cəmiyyəti xarici təhdidlər qarşısında öz gücünü nümayiş etdirməli və milli ruhu zəiflədən hər hansı fəaliyyətdən çəkinməlidir". Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın ali dini lideri Müctəba Xamenei bildirib. Onun sözlərinə görə, ölkənin güc və qüdrəti nümayiş etdirilməli, ümidsizlik yaradan, milli və ictimai ruhu zəiflədən fikirlərdən, eləcə də xəyali ikili standartlardan uzaq durulmalıdır. O vurğulayıb ki, ictimai həmrəyliyə zərər vuran hər hansı fəaliyyətə yol verilməməlidir. Xamenei həmçinin İran hökumətinə, xüsusilə Prezident Məsud Pezeşkiana təşəkkür edib. O, Pezeşkianın ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər və təzyiqlərə baxmayaraq, dövlətin gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını bildirib.
Mənbə
oxu.az