Dünya
Türkiyədə güclü meşə yanğını: Turizm bölgəsi və evlər təhlükə altında - VİDEO
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turizm bölgəsinin yaxınlığında güclü meşə yanğını baş verib. Oxu.Az "Haberler" nəşrinə istinadən xəbər verir ki, güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb və yaşayış evləri ilə turizm zonasına yaxınlaşıb.
Hadisə yerinə çoxsaylı meşə yanğınlarının söndürülməsi üzrə qruplar və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğına həm qurudan, həm də havadan müdaxilə edilir. Yanğın təhlükəsi ilə əlaqədar ətraf ərazidə yerləşən bəzi evlərin sakinləri, o cümlədən qocalar evinin sakinləri təxliyə edilib.

Mənbə
oxu.az