İdman

Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

29 Aug 2026, 01:34 4 baxış
Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.


Axar.az xəbər verir ki, Bakıda təşkil olunan C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə ilə qarşılaşacaq.


“Ay-ulduzlular” bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.


1/8 final oyunları avqustun 31-i və sentyabrın 1-də İstanbulda baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər