İdman

"Beşiktaş" "Yuventus"un futbolçusunu icarəyə götürdü - Müqavilənin detalları

28 Aug 2026, 23:48 4 baxış
"Beşiktaş" "Yuventus"un futbolçusunu icarəyə götürdü - Müqavilənin detalları
Türkiyənin "Beşiktaş" klubu İtaliyanın "Yuventus" komandasının 23 yaşlı yarımmüdafiəçisi Fabio Mirettini icarəyə götürüb. Oxu.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. "Yuventus"un məlumatına görə, icarə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədə olacaq. İcarə haqqı 2 milyon avro təşkil edir. Bundan əlavə, müqavilədə 100 min avro məbləğində əlavə ödənişlər nəzərdə tutulub. Razılaşmaya əsasən, "Beşiktaş" futbolçunun qeydiyyat hüquqlarını əlavə 13 milyon avro qarşılığında birdəfəlik almaq hüququna malikdir. Satınalma opsiyası aktivləşdirilərsə, 13 milyon avro üç maliyyə ili ərzində ödəniləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər