Cəmiyyət

Kəmaləddin Heydərovdan yeni təyinat...

29 Aug 2026, 00:46 5 baxış
Kəmaləddin Heydərovdan yeni təyinat...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis müavini təyin olunub.


Axar.az xəbər verir ki, fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə mayor Kənan Yolçuyev təyinat alıb.


Kənan Yolçuyev bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətində Yanğın Növbəsinin rəisi vəzifəsində işləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər