İdman

Millimiz qrupun son oyununda Niderlanda uduzdu

28 Aug 2026, 21:33 4 baxış
Millimiz qrupun son oyununda Niderlanda uduzdu

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununa çıxıb.


Axar.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland voleybolçuları ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən oyun Niderland millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Oyunun ilk setində Azərbaycan millisi böyük hesabla üstün olub: 25:15. İkinci setdə daha inamlı təsir bağışlayan Niderland yığması hesabı bərabərləşdirib: 25:16. Üçüncü set isə daha gərgin mübarizə şəraitində keçib. Daha dəqiq oynayan Niderland set hesabında önə keçib: 25:22. Dördüncü setdə isə arenaya toplaşan azarkeşlər başabaş oyuna şahid olublar. Setin sonlarında Niderland voleybolçuları üstünlüyü ələ keçiriblər: 25:19.

Mənbə axar.az

Oxşar Xəbərlər