Dünya

Ronaldu qol vurdu, "Ən-Nəsr" liderliyini davam etdirdi - VİDEO

29 Aug 2026, 00:24 4 baxış
Ronaldu qol vurdu, "Ən-Nəsr" liderliyini davam etdirdi - VİDEO
Portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının IV turunda "Ən-Nəsr"ə qələbə qazandıran qolu vurub. Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" doğma meydanında "Əl-Təavun"u 2:1 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Samu Koşta ilk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə, Kriştianu Ronaldu isə 50-ci dəqiqədə fərqlənib. Qonaqların yeganə qolunu 11-ci dəqiqədə Bassam Əl-Xureyci vurub. Bu, Ronaldunun cari mövsümdə çempionatda ikinci qolu olub. 41 yaşlı portuqaliyalı futbolçu karyerasında vurduğu qolların sayını 978-ə çatdırıb. Onlardan 146-sı Portuqaliya millisinin, 832-si isə klub karyerasının payına düşür. "Ən-Nəsr" 4 oyundan 4 qələbə qazanaraq 12 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-Təavun" isə 2 xalla 15-ci pillədə qərarlaşıb. "Ən-Nəsr" növbəti oyununu sentyabrın 5-də səfərdə "Əl-İttihad"a qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər