Dünya
Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb
Böyük Britaniyanın üç hava limanına hakerlər tərəfindən kiberhücum edilib və nəticədə sərnişinlərin fərdi məlumatları oğurlanıb. Oxu.Az-ın məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər yayıb. Məlumata görə, kiberhücumlar İngiltərənin mərkəzində yerləşən Şərqi Midlends, eləcə də Mançester və Londonun Stansted aeroportlarına qarşı həyata keçirilib. Telekanalın bildirdiyinə görə, cinayətkarlar sərnişinlərin "Wi-Fi" şəbəkəsinə qoşularkən və prioritet rezervasiya zamanı daxil etdikləri məlumatları ələ keçirə biliblər. Qeyd olunur ki, baş vermiş insidentlər hava limanlarının fəaliyyətinin dayanmasına səbəb olmayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər