İdman

"Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO

27 Aug 2026, 21:16 5 baxış
"Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO
"Qarabağ"ın yeni transferləri Taofik İsmael və Reda Khadra ictimaiyyətə təqdim olunub. Oxu.Az xəbər verir ki, futbolçular UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə keçirilən cavab oyununda fasilə zamanı meydanda təqdim ediliblər. Qeyd edək ki, Taofik İsmael Polşanın "Qurnik Zabje", Reda Khadra isə Fransanın "Reyms" klubundan transfer olunub. Taofik İsmaellə 3 illik müqavilə imzalanıb. 26 yaşlı nigeriyalı hücumçu "Qarabağ"da 19 nömrəli formanı geyinəcək. Norveçdə "Şeyd", "Fredrikstad" və "Valerenqa", Fransada "Loryan", Belçikada "Beveren" klublarında çıxış edən futbolçu 2024-cü ildə "Qurnik"ə keçib. O, daha əvvəl "Lex"də də forma geyinib. İsmael yay transfer pəncərəsində "Qarabağ"ın 10-cu transferi olub. Ondan əvvəl Jaly Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi, Cebrail Makreçkis və Reda Khadra komandaya qoşulublar.
Reda Khadra ilə isə 2+1 illik müqavilə imzalanıb. Almaniyalı hücumameyilli yarımmüdafiəçi "Qarabağ"da 10 nömrəli formanı geyinəcək. 25 yaşlı futbolçu Dortmund "Borussiya"sının yetirməsidir. 2021-ci ildə Almaniya klubundan "Brayton"a keçən Khadra daha sonra "Birminhem", "Şeffild Yunayted" və "Blekbern"də çıxış edib. 2023-cü ildə "Reyms"ə keçən futbolçu "Havr"da da forma geyinib. Khadra Almaniyanın U-18 və U-21 milli komandalarında çıxış edib. Qeyd edək ki, Khadra "Qarabağ"ın yay transfer pəncərəsində 9-cu transferi olub.
{{gallery}}
"Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər