İdman

UEFA İnfantinoya qarşı cinayət iddiası qaldırmağa hazırlaşır

27 Aug 2026, 21:48 4 baxış
UEFA İnfantinoya qarşı cinayət iddiası qaldırmağa hazırlaşır
UEFA FIFA-nın prezidenti Canni İnfantinoya qarşı İsveçrədə cinayət iddiası qaldırmağa hazırlaşır. Oxu.Az bu barədə "Financial Times" nəşrinə istinadən xəbər verir. Buna səbəb İnfantinonun dünya çempionatlarının keçirilməsi hüquqlarının özəl investorlara satılmasını təşviq etməsi olub. Bu təşəbbüs Avropa futbol ictimaiyyətində ciddi narazılıq yaradıb. UEFA-nın ABŞ məhkəməsinə təqdim etdiyi sənəddən görünür ki, Avropa futbol qurumu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus "Thrive Capital" investisiya şirkətindən sənədlər tələb edir. "Thrive Capital" FIFA-nın dünya çempionatları üzrə kommersiya hüquqlarının 20%-nin 4.2 milyard dollara satılmasını nəzərdə tutan mümkün sövdələşmədə əsas investor kimi nəzərdən keçirilib. UEFA-dan bildirilib ki, İnfantino və ehtimal ki, FIFA-nın digər vəzifəli şəxsləri və məsləhətçiləri barəsində cinayət xarakterli səhlənkar idarəetmə ilə bağlı İsveçrədə cinayət iddiaları hazırlanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər