Dünya

Macarıstanda qocalığa görə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

27 Aug 2026, 21:24 3 baxış
Macarıstanda qocalığa görə minimum pensiyalar dörd dəfədən çox artırılacaq
Macarıstan hökuməti qocalığa görə minimum pensiyaların məbləğinin dörd dəfədən çox artırılması barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə respublikanın baş naziri Peter Madyar "YouTube" kanalında yayımlanan videomüraciətində bildirib. "Öhdəliklərimizə uyğun olaraq, 2027-ci il yanvarın 1-dən qocalığa görə minimum pensiyanın məbləğini 120 000 forintə (təxminən 650 manat - red.) qaldırırıq", - deyə Madyar bildirib. O xatırladıb ki, 2008-ci ildən etibarən minimum pensiyanın məbləği dəyişməyərək 28 500 forint (təxminən 150 manat - red.) təşkil edib. Bununla yanaşı, baş nazirin sözlərinə görə, reseptlə satılan dərmanlara ƏDV-nin ləğv edilməsi, eləcə də oduna tətbiq olunan ƏDV-nin 27%-dən 5%-ə endirilməsi Macarıstanın yüzminlərlə yaşlı sakininin həyat şəraitinin yaxşılaşmasına kömək edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər