İdman

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

27 Aug 2026, 21:36 4 baxış
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
İsveçrənin Lozanna şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. Cüdo Federasiyasından Oxu.Az-a bildirilib ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib. Qadınlar 52 kq, 1/16 final Gültac Məmmədəliyeva - Madina Qurbonzoda (Tacikistan) Leyla Əliyeva - Rin Takeuçi (Yaponiya) 70 kq, 1/16 final Südabə Ağayeva - Luana Karvalyo (Braziliya) +78 kq, 1/8 final Madina Kaisinova - Elis Startseva (Rusiya) Kişilər 60 kq, 1/16 final Əhməd Yusifov - David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi 66 kq, 1/32 final Turan Bayramov - Lenni Şeynfeld (ABŞ) 66 kq, 1/16 final Ruslan Paşayev - Suxrob Boqiyev (Bəhreyn) 73 kq, 1/32 final Kamran Süleymanov - Otari Kvantidze (Portuqaliya) 73 kq, 1/16 final Rəşid Məmmədəliyev - Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi 81 kq, 1/32 final Vüsal Qələndərzadə - Qacidavud Qasanov (Bəhreyn) 81 kq, 1/16 final Ömər Rəcəbli - Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi 90 kq, 1/32 final Vüqar Talıbov - Akaki Çaparidze (Gürcüstan) +100 kq, 1/16 final Kənan Nəsibov - Yakov Xammo (Ukrayna) +100 kq, 1/8 final Uşanqi Kokauri - Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi Qeyd edək ki, avqustun 28-dən 30-dək davam edəcək yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə (10 kişi, 4 qadın) təmsil olunacaq. Lozannada keçiriləcək turnirdə "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarına lisenziya xalları da veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər