Dünya

Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO

27 Aug 2026, 19:48 2 baxış
Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, "Statu Dənizçilik" şirkətinə məxsus "STAR-2" quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb. Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər