Dünya
ABŞ-dən Fələstinyönlü təşkilatlara qarşı SANKSİYA
ABŞ Maliyyə Nazirliyi Böyük Britaniyanın Fələstinyönlü "Palestine Action" hərəkatına və Belçika, Braziliya, Almaniya, İspaniya, eləcə də Kanada ərazisində fəaliyyət göstərən "Masar Badil" təşkilatına qarşı sanksiyalar tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə maliyyə qurumunun mətbuat xidməti məlumat yayıb. Qara siyahıya, həmçinin fəallara və ictimai hərəkatlara şifrələnmiş onlayn ünsiyyət üçün pulsuz alətlər və platformalar təqdim edən İtaliyanın "Autistici/Inventati" birliyi də daxil edilib.
Mənbə
oxu.az