Dünya

Tomoko Akane Vaşinqtona meydan oxudu: "Ədalət zəfər çalacaq"

26 Aug 2026, 23:48 2 baxış
Tomoko Akane Vaşinqtona meydan oxudu: "Ədalət zəfər çalacaq"
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Tomoko Akane ABŞ-nin ona qarşı sanksiyalar tətbiq etməsi üçün heç bir əsasın olmadığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Independent" yazıb. Akane Yaponiya hökumətinə müraciət edərək ABŞ ilə münasibətlərdə gərginliyin azaldılmasına kömək etməsini istəyib. "Mənə qarşı sanksiyaların tətbiqi üçün heç bir əsas olmadığını təkidlə bildirirəm. BCM heç vaxt məğlub olmayacaq. Ədalət zəfər çalacaq və çalmalıdır", - deyə Akane vurğulayıb. Ötən həftə Yaponiya vətəndaşı Akane məhkəmənin ABŞ sanksiyalarına məruz qalan sonuncu üzvü olub. Sanksiyalar ABŞ yurisdiksiyasındakı bütün aktivlərin dondurulmasını nəzərdə tutur. Həmçinin məhkəmə əməkdaşlarının və onların ailə üzvlərinin ABŞ-yə girişi qadağan edilir, hətta əsas maliyyə xidmətlərinə çıxışları bloklanır. İyul ayında ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun BCM-ni qeyri-legitim təşkilat hesab etdiyini bildirib. Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ABŞ tərəfi təşkilatı "qaydaya salmaq" üçün artıq tədbirlər görməyə başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər