Dünya

Zelenski Azərbaycana təşəkkür edib - FOTO

26 Aug 2026, 23:44 2 baxış
Zelenski Azərbaycana təşəkkür edib - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Ukraynanı dəstəkləyən ölkələrə təşəkkür edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib. Ukrayna Prezidenti Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa İttifaqı, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, ABŞ və Vyetnama minnətdarlığını bildirib. "Ukraynanı qlobal diqqət mərkəzində saxladığınız üçün sizə minnətdaram. Hər bir dəstək jesti önəmlidir. Ölkəmizin müstəqilliyinin bərpasının 35-ci ildönümündə Ukraynanı və ukraynalıları düşündüyünüzü yüksək qiymətləndiririk", - deyə Zelenski yazıb. Xatırladaq ki, Ukrayna 24 avqustda müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edib. Bu münasibətlə Bakıda Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərində işıqlandırılıb.
Zelenski Azərbaycana təşəkkür edib - FOTO Zelenski Azərbaycana təşəkkür edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər