Dünya

"Deutsche Bank"da 626 min avroluq qalmaqal: Pulları öz hesabına köçürüb

27 Aug 2026, 00:36 3 baxış
"Deutsche Bank"da 626 min avroluq qalmaqal: Pulları öz hesabına köçürüb
Frankfurtda keçirilən məhkəmə prosesində "Deutsche Bank"ın keçmiş əməkdaşı Sven R. (tam adı açıqlanmır) müştərilərin hesablarından 626 min avrodan çox vəsait oğurladığını etiraf edib. Oxu.Az xəbər verir ki, onun vəkili vasitəsilə verdiyi açıqlamanı "Handelsblatt" və "Bloomberg" də daxil olmaqla, bir sıra media orqanları yayıb. Sven R. varlı müştərilərlə işləyən şöbələrdən birinə rəhbərlik edib. Onun sözlərinə görə, 2023-2025-ci illər ərzində müştərilərin hesablarından 626 min avrodan çox pulu özünə bağlı hesablara köçürüb. Keçmiş bank əməkdaşı bildirib ki, pulu məhz varlı müştərilərdən oğurlayıb, çünki onların hesablarındakı itkiləri daha gec fərq etmək ehtimalının yüksək olduğunu düşünüb. Köçürmələrin təsdiqlənməsi üçün isə həmkarlarını aldadaraq əməliyyatların müştərilərin özlərinin tələbi ilə həyata keçirildiyini deyib. Sven R. oğurluğa maliyyə çətinlikləri səbəbindən əl atdığını bildirib. Onun sözlərinə görə, üçüncü övladının dünyaya gəlməsindən sonra xərclərinin artması və birjada apardığı əməliyyatlar maliyyə vəziyyətini pisləşdirib. Oğurladığı pulun bir hissəsini birja əməliyyatlarına xərcləyib. "Deutsche Bank" oğurluğu 2025-ci ildə apardığı yoxlama zamanı aşkar edib. Bundan sonra bank Sven R.-ni işdən çıxarıb, zərərçəkən müştərilərə kompensasiya ödəyib və daxili nəzarət qaydalarını sərtləşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər