İdman

"Qarabağ" yeni futbolçu ilə razılıq əldə edib

27 Aug 2026, 00:48 4 baxış
"Qarabağ" yeni futbolçu ilə razılıq əldə edib
"Qarabağ" yeni futbolçu ilə razılıq əldə edib. Oxu.Az "Region Football"a istinadən xəbər verir ki, bu, Portuqaliyanın "Vitoriya" klubunda çıxış edən Telmo Arkanjodur. 25 yaşlı vingerlə bütün məsələlərdə razılıq əldə olunub. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Telmo "Qarabağ" üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur. Qeyd edək ki, Telmo Arkanjo "Vitoriya"nın heyətində 57 oyun keçirib və 6 qola imza atıb.
"Qarabağ" yeni futbolçu ilə razılıq əldə edib
Mənbə oxu.az

Oxşar Xəbərlər