Digər
Qətər baş naziri İrana səfər edəcək
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə sabah Tehrana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid Əl-Ənsari X sosial şəbəkə səhifəsində yazıb.
"O onlarla gərginliyin azaldılması və dialoq üçün şəraitin yaradılması yollarını müzakirə edəcək. Bu səfər Qətərin diplomatiyanın münaqişələrin həlli, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün ən yaxşı üsul olduğuna dair qəti mövqeyini əks etdirir", - o qeyd edib.
Mənbə
axar.az