Kriminal
Mingəçevir su anbarında balıqçı itkin düşüb
Mingəçevir su anbarında balıqçı itkin düşüb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ötən gün baş verib. Xanabad kənd sakini, Xaləddin Sabir oğlu Kərimov qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib. Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X.Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur. Xaləddin Kərimovun ailə üzvləri onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hazırda onun yerinin müəyyənləşdirilməsi və tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Mənbə
oxu.az