İdman

Dieqo Rosa "Qarabağ"a keçir? - Qurban Qurbanovdan CAVAB

26 Aug 2026, 14:18 10 baxış
Dieqo Rosa "Qarabağ"a keçir? - Qurban Qurbanovdan CAVAB
Qurban Qurbanov Kiprin "Apoel" klubunun futbolçusu Dieqo Rosanın "Qarabağ"a mümkün transferi ilə bağlı fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bu barədə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, klub bir sıra futbolçularla maraqlanır: "Bu transfer baş tuta da bilər, baş tutmaya da bilər. Çox oyunçular var. Hər gün hansısa adlar gedir". Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" matçı avqustun 27-də saat 20:00-da başlayacaq. Xatırladaq ki, komandalar arasında Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər