İdman

Prosineçki istefaya göndərildi

26 Aug 2026, 13:58 20 baxış
Prosineçki istefaya göndərildi

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan millisindən ayrılıb.


Axar.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.


Qeyd edək ki, xorvatiyalı mütəxəssis ötən ilin dekabrından yığmanı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 4 oyunun ikisində heç-heçə edib, ikisində uduzub. Bu görüşlər hamısı yoldaşlıq oyunu olub.


Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər