Dünya
Suriyada tarixi qərar: Silahlı qüvvələr buraxılır
"Suriya Demokratik Qüvvələri"nin (SDQ) komandiri Mazlum Abdi silahlı birləşmələrin buraxıldığını və onların Suriya ordusuna inteqrasiya ediləcəyini elan edib. Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Kürd lider bunu keçid dövrünün prezidenti Əhməd əş-Şara ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında açıqlayıb. "Suriyanın tarixində sülh, sabitlik və yenidənqurma səhifəsini açırıq və bütün məsuliyyətimizlə SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğuna son qoyulduğunu bəyan edirik", - deyə Abdi bildirib. Abdi həmçinin qeyd edib ki, Suriyanın şimal-şərqindəki kürd muxtar administrasiyası dövlət aparatının tərkibinə daxil olacaq.
Mənbə
oxu.az