Cəmiyyət
"Çıxarışlı evim ola-ola..." - Bakıda sakinlərlə MTK arasında gərginlik - VİDEO
Paytaxtın Nizami rayonu, Nəsimi küçəsi, 7 ünvanında yaşayan sakinlərlə "Orbita" MTK arasında ziddiyyət yaranıb. Sakinlərin bildirdiyinə görə, şirkət onları yaşadıqları mənzillərdən çıxararaq ərazidə yeni çoxmərtəbəli bina inşa etmək niyyətindədir.
Tərəflər arasında ortaq məxrəc əldə olunmadığı üçün məsələyə Nizami Rayon Məhkəməsində baxılıb və qərar "Orbita" MTK-nın xeyrinə çıxarılıb. MTK söküntü və tikinti işləri davam etdiyi müddətdə sakinlərə müvəqqəti məskunlaşmaları üçün aylıq 600 manat kirayə haqqı ödəməyi təklif edib. Lakin sakinlər bu qərardan narazıdırlar. Şikayətçilərdən biri məsələyə belə münasibət bildirib: "Çıxarışlı mülkiyyətim ola-ola şirkətin məni məhkəməyə verməsi və mülkiyyət hüququmun qüvvədən düşərək hansısa MTK-ya həvalə edilməsi qəbuledilməzdir. Mənə məcburi şəkildə harada və neçənci mərtəbədə yaşayacağımı diktə edirlər. İndiyədək belə bir şey görünməyib". "Orbita" MTK-nın əməkdaşı Fazil Bağıyev isə iddialara cavab olaraq bildirib: "Sakinin 42 kvadratmetrlik ikiotaqlı mənzilinə qarşı biz ona yeni binada 73,5-74 kvadratmetrlik ikiotaqlı mənzil təklif edirik. Lakin bununla razılaşmırlar". Sakinlərin mərtəbə seçimi ilə bağlı narazılıqlarına toxunan şirkət nümayəndəsi əlavə edib ki, bu məsələ danışıqlar yolu ilə həll oluna bilər: "Mənzil dəyişdirilməsi mümkündür, sadəcə, sakinlər dialoqa gəlmirlər".

Mənbə
oxu.az