Dünya
İranda dolların məzənnəsi yeni rekord qırdı - FOTO
ABŞ-nin İrana qarşı iqtisadi təcrid əməliyyatına başlamasından bir gündən az müddət sonra Tehranın qara bazarında bir ABŞ dollarının qiyməti yenidən sıçrayaraq 205 300 tümənə çatıb. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. İran Mərkəzi Bankının sədri Əbdünnasir Hemməti yeni sanksiyaların heç bir təsirinin olmayacağını və dolların qiymətinin yaxın günlərdə düşəcəyini demişdi. Onun iddiasının əksinə olaraq, dolların məzənnəsinin artması, İran milli valyutasının isə ucuzlaşması davam edir.
Mənbə
oxu.az