İdman
"Sabah" Azərbaycanı UEFA reytinqində yüksəltdi
"Sabah" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Hapoel"i (Beer-Şeva) 5:2 hesabı ilə məğlub edərək, iki oyunun nəticəsinə əsasən, turnirin əsas mərhələsinə adlamaqla Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb. Oxu.Az xəbər verir ki, "Sabah" tarixi qələbə sayəsində Azərbaycana +1,750 xal qazandırıb. Bunun sayəsində Azərbaycan UEFA reytinqində 25-ci pilləyə yüksələrək Sloveniyanı ötüb. Azərbaycanın reytinqdə əmsalı 23,687-dir. "Sabah" artıq Çempionlar Liqasında iştiraka görə klub əmsalına zəmanətli +6,000 bonus xalı əldə edib.
Mənbə
oxu.az