Digər

10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı

26 Aug 2026, 02:05 3 baxış
10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı

ABŞ qüvvələri İran limanlarını blokada etməyə davam edərkən, Şri-Lanka sahillərində İran bayrağı altında üzən 10-dan çox tanker qalıb.


Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti mənbələrinə istinadən məlumat yayıb.


Bildirilib ki, Şri-Lankanın iqtisadi zonasında İran dövlət qurumlarına məxsus təxminən 10-dan çox tanker qalır.


Şri-Lankanın Limanlar Nazirliyi sahildə İran tankerlərinin qalmasından xəbərsiz olduqlarını bildirib. Xarici İşlər Nazirliyi isə şərh verməkdən imtina edib.

Mənbə axar.az

Oxşar Xəbərlər