İdman

Dambrauskas tarixi qələbədən sonra: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"

26 Aug 2026, 00:26 3 baxış
Dambrauskas tarixi qələbədən sonra: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
"Çox möhtəşəm gecədir. Bu atmosfer üçün bütün azarkeşlərə təşəkkür edirəm". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib ki, futbolçuları möhtəşəm oyun nümayiş etdiriblər: "Bu, mənim karyeramda çalışdırdığım ən yaxşı komandadır. Onlar ən çətin məqamda işin öhdəsindən gəldilər. Sona kimi mübarizə apardılar və qələbəyə həmişə inandılar. Mən bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm". Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Sabah" - "Hapoel Beer-Şeva" matçı təmsilçimizin 5:2 (ilk oyun - 1:2) hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Sabah" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər