Cəmiyyət
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub - FOTO
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rəfail Əsədullayev təyinat alıb. O, 2023-cü ildən yeni təyinatadək Cəlilabad RMX-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri vəzifəsində çalışıb.
Mənbə
oxu.az