İdman

Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO

26 Aug 2026, 01:18 3 baxış
Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO
Dünyanın aparıcı idman saytları "Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasından yazır. Oxu.Az xəbər verir ki, xarici idman resursları Azərbaycan təmsilçisinin bu nailiyyətini tarixi uğur adlandırır. Belə resurslar sırasında "beIN SPORTS Türkiye" də var. Resurs qeyd edir ki, "Sabah" əsas vaxta əlavə edilmiş dəqiqələrdə "Hapoel" (Beer-Şeva) kollektivini 5:2 hesabı ilə məğlub edərək liqa mərhələsinə adlayıb.
Rusiyanın "Çempionat" saytı Azərbaycan klubunun tarixində ilk dəfə Çempionlar Liqasının mərhələsində oynayacağını xüsusi olaraq vurğulayıb.
Türkiyənin "NTV Spor" platforması cəmi doqquz ildir fəaliyyət göstərən "Sabah"ın artıq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığını qeyd edib.
Rusiyanın "Matç TV" telekanalı "Sabah"ın tarixin uğurunu "fantastika" kimi qeyd edib.
İspaniyanın məşhur "Marca" nəşri "Sabah"ın nailiyyətini çılğınlıq adlandırıb. Nəşr təmsilçimizin 2017-ci ildə qurulduğuna diqqət çəkərək klubun inkişaf yolu barədə videoicmal hazırlayıb.

Qeyd edək ki, "Sabah" ÇL-nin pley-off mərhələsinin cavab oyununda "Hapoel"i (Beer-Şeva) 5:2 hesabı ilə məğlub edərək, iki oyunun nəticəsinə əsasən, turnirin əsas mərhələsinə adlayıb.
Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO Dünyanın idman mətbuatı "Sabah"ın uğurundan yazır - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər