İdman
"Sabah"ın hücumçusundan qələbə ilə bağlı diqqətçəkən AÇIQLAMA
"Düşünürəm ki, biz bu qələbəyə layiq idik". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra jurnalistlərə açıqlamasında "Sabah"ın hücumçusu Coy-Lens Mikels deyib. O, qarşılaşmanın çox çətin keçdiyini bildirib: "Komanda olaraq bütün oyun boyu böyük iradə nümayiş etdirdik. Biz heç vaxt təslim olmuruq. Bu oyun da "Orhus"la keçirdiyimiz matç kimi oldu. Qol buraxdıqdan sonra buna inana bilmirdik. Lakin sonda bir daha göstərdik ki, biz heç vaxt təslim olmuruq. Bu, xüsusi an idi. Çox qürurluyam. Hər şey fantastik və möhtəşəm idi". Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Sabah" - "Hapoel Beer-Şeva" matçı təmsilçimizin 5:2 (ilk oyun - 1:2) hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Sabah" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Mənbə
oxu.az