Digər

Azərbaycan Türkiyə ilə birgə hərbi istehsalı genişləndirir - VİDEO

26 Aug 2026, 00:36 3 baxış
Azərbaycan Türkiyə ilə birgə hərbi istehsalı genişləndirir - VİDEO
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsi, xüsusilə müdafiə sənayesində birgə istehsal və texnologiyaların lokallaşdırılması təhlil olunub. Bildirilib ki, əməkdaşlıq artıq Türkiyənin istehsal etdiyi silahların Azərbaycana satışından daha geniş məzmun daşıyır.

İki ölkənin müdafiə sənayesinin inteqrasiyası, texnologiya transferi, birgə istehsal və yeni müəssisələrin yaradılması istiqamətində real layihələr həyata keçirilir. Bu prosesin ən görünən istiqamətlərindən biri pilotsuz uçuş aparatlarıdır. "Baykar"ın Sumqayıt Sənaye Parkındakı fəaliyyəti çərçivəsində "Bayraktar TB2", "Akıncı" və mini İHA kimi sistemlərin istehsalı və inkişafı üzrə işlər aparılır. Elektron müharibə və digər pilotsuz sistemlərin birgə istehsalı da əməkdaşlığın gündəmindədir. Qeyd olunub ki, digər mühüm istiqamət raket texnologiyalarıdır. "ROKETSAN" və Sumqayıt Texnologiyalar Parkının iştirakı ilə yaradılan "AZROKSAN" çərçivəsində "TR-122" reaktiv mərmilərinin və "TEBER" dəqiq tuşlama sistemlərinin istehsalına hazırlıq görülür. Bununla yanaşı, "ROKETSAN" tərəfindən Azərbaycanda yeni raket istehsalı müəssisəsinin yaradılması istiqamətində də işlər diqqət mərkəzindədir. Vurğulanıb ki, əməkdaşlıq pilotsuz və raket sistemləri ilə məhdudlaşmır. "HAVELSAN" ilə komanda-idarəetmə, logistika və rəqəmsal sistemlər, "ASELSAN" ilə isə radar, elektron müharibə, süni intellekt, peyk və pilotsuz texnologiyalar üzrə əməkdaşlıq inkişaf edir. "KAAN", "HÜRJET" və "Kızılelma" kimi Türkiyənin yeni nəsil aviasiya layihələri də Azərbaycanın gələcək maraqları baxımından diqqət çəkir. Nəticə etibarilə, Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığında ayrı-ayrı silahların satın alınmasından daha böyük proses formalaşır. İstehsal infrastrukturu, texnologiya transferi, kadr hazırlığı və hərbi sistemlərin inteqrasiyası Azərbaycanın milli müdafiə sənayesi imkanlarının genişlənməsinə xidmət edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər