Digər
Türkiyədə ardıcıl zəlzələ oldu
Türkiyənin Adıyaman vilayətinin Sincek rayonunda ard-arda 3,7 və 4,2 baş gücündə zəlzələ baş verib.
Axar.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb
Zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.
Bildirilib ki, zəlzələ başda Malatya olmaqla ətraf ərazilərdə hiss edilib.
Mənbə
axar.az