Dünya

ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır

25 Aug 2026, 11:32 2 baxış
ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə tarixində ən genişmiqyaslı viza ləğvi prosesinə hazırlıq görür. Bu qərarın sığınacaq üçün müraciət etmiş 200 minə yaxın xarici vətəndaşa təsir edəcəyi gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi ABŞ-nin Dövlət Departamentinə istinadən məlumat yayıb. Məlumata görə, 2016-26-cı illər ərzində verilmiş B1 işgüzar və B2 turist vizalarının yaxın həftələrdə ləğv edilməsi planlaşdırılır. Bu addım Daxili Təhlükəsizlik Nazirliyi ilə birgə koordinasiyalı şəkildə həyata keçiriləcək. Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun sözlərinə görə, ölkəyə qısamüddətli ziyarətçi kimi daxil olub, daha sonra daimi yaşamaq məqsədilə sığınacaq tələb edən əcnəbilər müəyyənləşdirilirlər. Vizaların ləğvi dərhal deportasiya ilə nəticələnməyəcək - müraciət edənlər B1/B2 statusunu itirərək fərqli bir kateqoriyaya keçiriləcəklər. Gələcəkdə viza almaq istəyən şəxslər isə sığınacaq istəməyəcəklərini və öz ölkələrinə qayıtmaq niyyətində olduqlarını sübut etməli olacaqlar. Bildirilir ki, hazırda qərar tam olaraq təsdiqlənməyib və məhkəmə müstəvisində mübahisələndirilə bilər. Qeyd edək ki, Dövlət Departamenti son 18 ay ərzində cinayətdə təqsirləndirilən, məhkum olunmuş və ABŞ siyasətini tənqid edən 175 minə yaxın şəxsin vizasını ləğv edib. 2025-ci ildə isə bu rəqəm 8 mini tələbə olmaqla, ümumilikdə 100 mindən çox təşkil edib. Qurum viza ləğvini miqrasiya nəzarəti vasitəsi adlandırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər