Cəmiyyət

Ənənəvi diplom almaq istəyənlər pul ödəyirlər? - RƏSMİ CAVAB

25 Aug 2026, 12:44 2 baxış
Ənənəvi diplom almaq istəyənlər pul ödəyirlər? - RƏSMİ CAVAB
Hazırda diplomlar məzunlara elektron formatda təqdim olunur. Lakin bəzi universitetlərdə ödəniş qarşılığında diplomların ənənəvi, kağız formada da verilə biləcəyi ilə bağlı iddialar səslənir. Maraqlıdır, bu iddialar nə qədər əsaslıdır? Oxu.Az AzEdu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, diplomların yalnız elektron formatda verilməsi nəzərdə tutulur və ödəniş müqabilində kağız diplomların verilməsi nəzərdə tutulmur. Həmçinin bu kimi hallar və ya şikayətlər olduğu təqdirdə, vətəndaşlara sübutlar və ərizə ilə birlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmələri tövsiyə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər