Digər
Zelenski Ərdoğana təşəkkür etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kiyevə göstərdiyi dəstəyə və Ankaranın vasitəçilik səylərinə görə təşəkkür edib.
Axar.az xəbər verir ki, Zelenski bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“Türkiyənin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəti sadiqliyi misli görünməmiş dərəcədə güclü münasibətlərin mərkəzindədir. Ukrayna həmçinin ukraynalıların Rusiya əsirliyindən evə qayıtmasında və sülhün yaxınlaşması səylərində şəxsi iştirakınızı və Türkiyənin vasitəçiliyini yüksək qiymətləndirir”, - Zelenski bildirib.
Mənbə
axar.az