Cəmiyyət
700 bal yığan Samir: "Təkcə bir ixtisas seçmişdim"
IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinin (ATU) Tibb (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S.Tağızadə yalnız bir ixtisas seçdiyini və həmin ixtisasa qəbul olduğunu bildirib. "İxtisas seçimində yalnız bir ixtisas seçmişdim, ona da qəbul olundum", - deyə o qeyd edib. Qeyd edək ki, Samir Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan "Əlaçı" verilişinin qalibi olub.
Mənbə
oxu.az