Dünya

Dünyada ilk dəfə pinqvinlərin kütləvi vaksinasiyasına başlanılıb - SƏBƏB

24 Aug 2026, 15:24 3 baxış
Dünyada ilk dəfə pinqvinlərin kütləvi vaksinasiyasına başlanılıb - SƏBƏB
Avstraliyada dünya tarixində ilk dəfə olaraq pinqvinlərin kütləvi vaksinasiyasına başlanılıb. İndiyədək təxminən min quşa H5N1 (quş qripi) infeksiyasına qarşı peyvəndin ilk dozası qəbul etdirilib. Oxu.Az xəbər verir ki, bu məlumatı ABC telekanalı yayımlayıb. Məlumata görə, səlahiyyətli şəxslər Fillip və Sent-Kilda adalarında məskunlaşan 5 minədək kiçik pinqvini peyvəndləməyi planlaşdırır. Keçən həftə ərzində hər gecə yüzlərlə pinqvin tutulub və vaksinasiya olunub. Ötən axşam Melburn şəhərinin cənub-şərq hissəsində yerləşən Fillip-Aylend təbiət parkının mütəxəssisləri mininci quşa peyvənd vurublar. Eyni gündə Cənubi Avstraliya ərazisindəki uzunburun dəniz pişiklərindən birində də H5N1 virusu aşkar edilib. Qeyd olunur ki, bu, Avstraliyada sözügedən infeksiyanın məməli heyvanlar arasında qeydə alınan ilk halıdır. Təxminən 40 min kiçik pinqvinə ev sahibliyi edən Fillip adası bu sayla planetin ən böyük koloniyası sayılır. İki mərhələdən ibarət olan peyvəndləmə prosesinin tam həyata keçirilməsi üçün ümumilikdə 10 min doza vaksin lazımdır. Avstraliyanın ətraf mühit üzrə naziri Jaklin Sayms bildirib ki, Fillip adasında yaşayan pinqvinlərə artıq preparatın ilk dozası vurulub. Tədqiqatçılar qrupu üç-dörd həftə keçdikdən sonra ikinci dozanın tətbiqini nəzərdə tuturlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər