İdman

Filip Ozobiçin yeni klubu məlum olub

24 Aug 2026, 17:40 4 baxış
Filip Ozobiçin yeni klubu məlum olub
Bu yay "Turan Tovuz"dan ayrılan Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Filip Ozobiç özünə yeni klub tapıb. Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Xorvatiyanın "Mladost" (Jdravoli) klubu ilə anlaşıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Xatırladaq ki, Ozobiç ötən mövsümü "Turan Tovuz"da keçirib. O, daha öncə Azərbaycanda "Neftçi", "Qarabağ" və "Qəbələ"nin də uğurları üçün çalışıb. Yarımmüdafiəçi "Slaven" (Belupo), "Hayduk" (Split) və "Spartak" (Moskva) klublarında da oynayıb. Ozobiç Azərbaycan yığmasında 15 oyun keçirib, 1 qol vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər