Dünya

Sovet casusunun nəvəsi Fransada prezidentliyə namizəd oldu

24 Aug 2026, 17:48 3 baxış
Sovet casusunun nəvəsi Fransada prezidentliyə namizəd oldu
Fransada prezident seçkisinə qatılmaq niyyətində olduğunu açıqlayan siyasi xadim Rafael Qlüksmannın sovet kəşfiyyatçısı Rubin Qlüksmannın nəvəsi olduğu müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu faktı Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti yayımlayıb. Nəşrin məqaləsində qeyd olunur ki, 1920-ci illərdə Fələstinə mühacirət edən Rubin Qlüksmann sonradan kommunist ideyalarını mənimsəyib və "Komintern"in sıralarına qatılıb. Bildirilir ki, o, daha sonra Fransa, Almaniya və Böyük Britaniyada özünü iş adamı kimi təqdim edərək SSRİ kəşfiyyatçısı kimi gizli fəaliyyət göstərib. 1979-cu il təvəllüdlü Rafael Qlüksmann həm Avropa Parlamentinin deputatı, həm də Fransanın mərkəz-solçu İctimai Tribuna Partiyasının rəhbəridir. Avqustun 23-də o, prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edərək, mərkəz-solçuların və Fransa Sosialist Partiyasının ilkin seçkisində (praymeriz) iştirak edəcəyini əlavə edib. Qeyd edək ki, praymerizdə iştirak etmək prezidentliyə namizədliyin təsdiqlənməsi üçün məcburi şərt sayılmır. Namizəd kimi rəsmi qeydiyyata alınmaq üçün xalq tərəfindən seçilmiş nümayəndələrdən 500 imza toplamaq kifayətdir. Xatırladaq ki, Fransada növbəti prezident seçkisinin birinci turu 18 aprel 2027-ci il tarixinə planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər