Kriminal

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

24 Aug 2026, 17:56 3 baxış
Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ
Bakıda üç azyaşlı uşağına aliment ödəməyən kişi həbs edilib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. 1993-cü il təvəllüdlü Cahid Bəbirov (ad və soyad şərtidir) 2018-ci ildə ailə həyatı qurub. Ailənin birgə nikahdan 3 övladı dünyaya gəlib. Bir müddətdən sonra ailədə mübahisələr yaranıb və Cavid qadından boşanmaq qərarı verib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə cütlük arasındakı nikah pozulub, 3 uşağa görə ataya 500 manat aliment təyin edilib. Lakin ata alimenti verməyib, aliment borcu 11 min 800 manata çatıb. Məsələ ilə bağlı qadın məhkəməyə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Cahid saxlanılıb, onun barəsində cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə C.Bəbirov 9 ay azadlıqdan məhrum edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər