Dünya
Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirildi
Belarusun Qomel vilayətində Rusiya və Ukrayna arasında "10-un 10-a" formatına uyğun olaraq əsir vətəndaşların mübadiləsi baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə Belarusun "Birinci informasiya" telekanalı məlumat yayıb. Məlumata əsasən, Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə əvvəllər əsirlikdə olan 10 Ukrayna vətəndaşının və 10 Rusiya hərbçisinin qarşılıqlı şəkildə vətənlərinə qaytarılması mexanizmi tətbiq olunub. Vurğulanır ki, sözügedən humanitar missiya beynəlxalq hüquq normalarına tam şəkildə riayət olunmaqla icra edilib.
Mənbə
oxu.az