Digər

1643-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

24 Aug 2026, 17:50 3 baxış
1643-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1643-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 218 809 PUA-sı, 669 zenit-raket kompleksi, 30 710 tank və digər zirehli texnikası, 1 775 reaktiv yaylım atəş sistemi, 36 255 artilleriya və minaatanı, 70 068 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər