Dünya

Yaponiyada mürəkkəb şəraitə görə ordu yenidən təşkil edilir

24 Aug 2026, 17:24 3 baxış
Yaponiyada mürəkkəb şəraitə görə ordu yenidən təşkil edilir
Yaponiyada yaranmış mürəkkəb təhlükəsizlik şəraiti fonunda ordunun yenidən təşkil edilməsinə qərar verilib. Oxu.Az-ın məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda qeyd olunur: "Takaiçi kabineti İkinci Dünya müharibəsi başa çatdıqdan bəri təhlükəsizlik baxımından ən kəskin və çətin vəziyyətdə müdafiə siyasətinin gücləndirilməsi istiqamətində işlər görür". Baş nazir əlavə edib ki, Yaponiyanın Aerokosmik Özünümüdafiə Qüvvələrində struktur dəyişiklikləri icra olunacaq və bu qurumun fəaliyyətinin mərkəzində kosmik sahə dayanacaq. Hökumət rəhbəri qeyd edib ki, kosmik məkandan istifadə zamanı ortaya çıxa biləcək istənilən problem silahlı qüvvələrin, eləcə də Müdafiə Nazirliyinin hədəflərinə çatmağına maneələr yaradacaq. Eyni zamanda, Aerokosmik Özünümüdafiə Qüvvələrinin bazasında Kosmik Əməliyyatlar Komandanlığının təsis edilməsi də nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər