Dünya
Logistika maqnatı və milyarder Klaus-Mixael Kyune vəfat edib
Sahibkar və milyarder, logistika maqnatı Klaus-Mixael Kyune 89 yaşında vəfat edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Manager Magazin" jurnalı milyarderin ailəsinə istinadən məlumat verib. Məlumata görə, Klaus-Mixael Kyune avqustun 24-nə keçən gecə vəfat edib. Jurnalın qeyd etdiyinə görə, 10 gün əvvəl o, Malyorkadan yaşadığı İsveçrənin Şindelleqi şəhərinə qayıdıb. Mənbələrin məlumatına görə, həmin vaxta qədər onun səhhəti artıq pisləşib və həkim nəzarəti altında olub. Klaus-Mixael Kyune 1937-ci ildə Hamburqda anadan olub, 1960-cı illərin sonunda atası ilə birlikdə İsveçrəyə mühacirət edib. Hələ gənc yaşlarında o, babasının 1890-cı ildə həmtəsisçilərindən birinə çevrildiyi "Kühne + Nagel" logistika şirkətinin idarə heyətinin sədri təyin edilib. "Kühne Holding" əvvəlki kimi, "Kühne + Nagel" şirkətinin majoritar səhm payına (55.4%) sahibdir və bu şirkət bu vaxta qədər dünyanın ən böyük hava və dəniz yük daşıyıcısına çevrilib. Bundan əlavə, 2009-cu ildə holdinq Asiya investorlarına satılmaması üçün Hamburqun "Hapag-Lloyd" gəmiçilik şirkətindən pay əldə edib. Klaus-Mixael Kyune və həyat yoldaşı Kristinanın övladları yoxdur. Onun "Manager Magazin"in ən varlı almanların öz illik siyahısında təxminən 23.5 milyard avro olaraq qiymətləndirdiyi sərvəti ölümündən sonra "Kühne-Stiftung" xeyriyyə fonduna keçəcək. Bu fond holdinqin sahibidir.
Mənbə
oxu.az