İdman

“Neftçi” “Araz”a qarşı: Turun son oyunu

23 Aug 2026, 12:32 3 baxış
“Neftçi” “Araz”a qarşı: Turun son oyunu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.


Axar.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.


İlk qarşılaşmada “Turan Tovuz” doğma meydanda “Şamaxı” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.


“Neftçi” və “Araz-Naxçıvan” komandaları isə "Palms Sports Arena"da saat 20:45-də qarşılaşacaqlar.


“Neftçi” ilk turda “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazanıb.


“Araz-Naxçıvan” isə “İmişli” ilə qolsuz heç-heçə edib.


Qeyd edək ki, turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokubok oyunlarına görə təxirə salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər