Digər
Erməni ordusunda insident: Hərbçi öz yoldaşını güllələdi
Avqustun 23-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisi Edqar Gevorqoviç Gevorqyanın üzərində güllə yarası olan meyiti tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistanın “Makaryan Nyus” saytının məlumatına görə, əsgər öz hərbçi yoldaşı tərəfindən güllələnib.
Bildirilib ki, hərbçilər arasında mübahisə baş verib. Mübahisə zamanı hərbçilərdən biri xidməti silahı ilə yoldaşına atəş açıb.
Mənbə
axar.az